Şahmatçımız Azər Mirzəyev Hindistanda keçiriləcək açıq turnirdə iştirak edəcək. Bu haqda 30 mart tarixində AZƏRTAC məlumat verib.
Hindistanın Quvaxati şəhərində aprelin 1-dən 7-dək şahmat üzrə açıq turnir baş tutacaq. Yarışda Azərbaycan təmsilçisi Azər Mirzəyev mübarizə aparacaq. Turnirdə 400-ə yaxın şahmatçı iştirak edəcək ki, onlardan da 14-ü qrossmeysterdir. Yarış 10 turdan ibarət olacaq.
Azər Mirzəyev 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 2001-ci ildən qrossmeysterdir.