Azərbaycanı təmsil edən Bakılı atlet Fransada bürünc medal qazanıb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az İdman Nazirliyinə istinadən xəbər verir.
Nazim Babayev “Meeting De L'Eure” (World Indoor Tour Silver Level) turnirində bürünc medal qazanıb. O, üç təkanla tullanma yarışında 16,27 metr nəticə göstərib.
World Athletics Indoor Tour 2016-ci ildə təsis olunmuş dünya səviyyəli beynəlxalq müsabiqədir. Çempionat dörd səviyyədən ibarətdir - Qızıl, Gümüş, Bürünc və Çağırış.