Bakılı idmançı dünya çempionu oldu. Bu haqda 23 oktyabr tarixində Bakupost.az xəbər verib.
“Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədovun tələbəsi olan Anar Məmmədov İtaliyada keçirilən WAKO (kikboksinq) versiyası üzrə dünya çempionu olub. O, 57 kiloqram çəki dərəcəsində finalda serbiyalı rəqibini məğlub edib.
Qeyd edək ki, idmançının müəllimi “Ağ canavar” ləqəbli Eduard Məmmədov dünən ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib.
[caption id="attachment_11024" align="alignnone" width="800"]
Foto Anar Məmmədovun İnsatgram səhifəsi[/caption]