Bakılı şahmatçı, 43 yaşlı qrossmeyster Azər Mirzəyev ötən gün, 5 yanvar tarixində, Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirin qalibi olub. Bu haqda AZƏRTAC məlumat verib.
Mirzəyev 9 turda 7 xalla yarışın qalibi olub. İkinci yeri 6 xalla Macarıstan idmançısı Vilmos Balint tutub. Üçüncü yeri 5 xalla İngiltərə təmsilçisi Şreyas Royal tutub.
Yarış İsveçrə sistemi üzrə keçirilib.