Bakıda 8-ci sinif şagirdi karate idman növü üzrə dünya çempionu olub. Bu haqda Trend 22 noyabr tarixində xəbər verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 82 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Kamran Kazımov bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb və dünya çempionu olub.
O, diplom, medal və kubok ilə təltif olunub.
Kamran Kazımov 2018-ci ildə Türkiyədə keçirilən dünya çempionatında I, Makedoniyada keçirilən Avropa çempionatında isə 2-ci yeri tutmuşdur.