Bakı şəhəri 6 nömrəli lisey məktəbinin şagirdi Ənvər Nəcəfov dünya çempionu olub. Bu haqda Oxu.az 17 noyabr tarixində xəbər verib.
50 kq çəki dərəcəsində mübarizə aparan 6-cı sinif şagirdi Əbu-Dabidə (BƏƏ) keçirilən Braziliya ciu-citsusu üzrə yeniyetmələr arasında fərqlənib.
Əbu-Dabidə keçirilən ciu-citsu üzrə dünya çempionatına ümumilikdə dünyanın bir çox ölkəsindən yüzdən çox idmançı qatılıb.