Bakının “Sabah” futbol klubuna məxsus avtomobilin yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı xəbər həqiqətəuyğun deyil. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən 5 fevral tarixində xəbər verir.
Klubdan verilən açıqlamaya əsasən, bu barədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, kluba məxsus avtomobil cərimələnməyib. Yayılan məlumatlar isə həqiqətəuyğun deyil.
Bundan əvvəl, klub barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib olunması barədə xəbərlər yayılmışdır.