Batut gimnastikası üzrə 35-ci dünya çempionatı 21 noyabr tarixində komandalar arasında çoxnövçülük yarışı ilə yekunlaşıb. Bu haqda Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib.
Yarışda Rusiya Gimnastika Federasiyasının komandası bütün rəqiblərdən birinci olub. İkinci yerdə ABŞ komandası, üçüncü yerdə isə Böyük Britaniyanın komandası olub.
Azərbaycan tamblinqçisi Mixail Malkin gümüş medal qazanıb.
Dünya çempionatı 18-21 noyabr tarixlərində baş tutub. Ümumilikdə, çempionatda 33 ölkədən 300-ə yaxın gimnast iştirak edib.