Bakıdan olan şahmatçı Teymur Rəcəbovun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqində yeri bəlli olub.
Qrossmeyster dünyanın 100 ən yaxşı şahmatçılar sırasında 2763 xal ilə 13-cü yerdə qərarlaşıb.
1-ci yerin sahibi 2855 xal ilə Norveçli Magnus Carlsen olub.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (2765) 11-ci, Rauf Məmmədov (2673) 61-ci, Qədir Hüseynov (2665) isə 74-cü pillədə qərarlaşıblar.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2459) 25-ci, Gülnar Məmmədova (2395) 64-cü, Xanım Balacayeva isə (2369) 91-dir.