Bakıda yeniyetmə boksçular arasında beynəlxalq turnirə start verilib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxtda “Heydər Əliyev Kuboku–2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Tədbirdə ABF idarə heyətinin üzvü Rövşən Hüseynov, İdman səfiri İlqar Qurbanov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev və turnirin supervayzeri Petr Vinnik çıxış ediblər.
Turnirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Qırğızıstan yığmaları güclərini yoxlayırlar. Onlar 13 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. 116 idmançının qatıldığı yarışda döyüşlər hər gün saat 14:00-da başlayacaq.
Yarış 18 may tarixinə qədər davam edəcək.