Bu gün Bakıda idman gimnastikası üzrə Dünya kuboku başlayır. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Gimnastika Federasiyasına istinadən xəbər verir.
Yarışda 48 ölkədən 173 gimnast iştirak edəcək. İlk 2 gündə təsnifat mərhələləri keçiriləcək. Daha sonra isə fərdi alətlər üzrə hərəkətlərdə qalib və mükafatçıların müəyyənləşəcəyi final mərhələləri baş tutacaq.
İdman yarışı 9-12 mart tarixləri arasında Milli Gimnastika Arenasında keçiriləcək.