Azərbaycanlı idmançı Ruslan Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən yarışda pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada qızıl medal qazanıb. Bu haqda 14 yanvar tarixində Gənclər və İdman naziri Fərid Qayıbov öz İnstagram səhifəsində paylaşıb.
Qeyd olunur ki, bu, Azərbaycanın 2022-ci ildə idmanda ilk qızıl medalıdır.
Ruslan Lunyov 1989-ci ildə Bakı şəhərində anadan olub. O, 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında, 2016-cı ildə isə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir.