6 yanvar tarixində gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman Konsert Kompleksinə baxış keçirib. Bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb.
Nazir kompleksdə yaradılmış şəraitlə tanış olub. “Zabit Səmədov” döyüş klubunda məşqləri izləyən nazir idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə maraqlanıb, fikir mübadiləsi aparıb. Zabit Səmədovun rəhbərlik etdiyi klub barədə məlumat verildikdən sonra Fərid Qayıbov idmançıların hazırlığı ilə maraqlanıb.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman Şöbəsinin müdiri Elnur Məmmədov və Kadr Hazırlığı Sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.