“Formula 1” yarışması zamanı avtoqraf sessiyası və “Pit” zolağında gəzinti təşkil olunacaq. Bu haqda 28 may tarixində Bakuplus.az məlumat verir.
İki illik fasilədən sonra Azərbaycan Qran-Prisində avtoqraf sessiyası baş tutacaq. Avtoidman həvəskarları 11 iyun tarixində dünyaca məşhur pilotlarla görüşmək imkanı qazanacaq. Həmçinin görüş zamanı xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartlar əldə etmək mümkün olacaq.
Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində keçiriləcək.
[caption id="attachment_46214" align="alignnone" width="800"]
Foto Formula1 rəsmi səhifəsi[/caption]