Cüdoçumuz Kəramət Hüseynov “Böyük dəbilqə” turnirinin yarımfinal mərhələsinə yüksəlib. Bu haqda 5 fevral tarixində AZƏRTAC məlumat verib. Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirində komandamızın üzvü Kəramət Hüseynov ilk görüşündə Kot d’İvuarı təmsil edən Daouda Daboneyə, növbəti mərhələdə isə Monqolustanı təmsil edən Ariunbold Enkhtaivana qalib gəlib. Nəticədə Kəramət Hüseynov yarımfinala yüksəlib.
İki gün davam edəcək yarışa Azərbaycan 6 cüdoçu ilə qatılıb.