Gələn il noyabrın 7-9-da Bakıda paracüdo üzrə dünya çempionatı keçiriləcək. Bu haqda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi öz Facebook səhifəsində məlumat verib.
Çempionatda 40-dan çox ölkənin aparıcı idmançıları təmsil edəcək. Yarışın nəticələrinə əsasən, idmançılara Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında lisenziya xalları veriləcək.
Tədbirdən əvvəl beynəlxalq həkimlərin iştirakı ilə idmançıların tibbi təsnifatı aparılacaq.