Azərbaycanın cüdo üzrə yığma komandalarına məşqçilərin təyinatı olub. Bu haqda Oxu.az məlumat verib.
Dünya və Avropa çempionu, milli komandanın sabiq məşqçisi Elxan Məmmədov məşqçiliyə qayıdıb. O, gənclərdən ibarət yığmaya baş məşqçi təyin olunub. Məmmədova Elxan Rəcəbli və Rüstəm Alimli köməklik göstərəcəklər.
Mövlud Mirəliyev baş məşqçi, Elçin İsmayılov isə böyüklərdən ibarət milli komandanın məşqçisi kimi fəaliyyətini davam etdirəcək. Yeniyetmə və qadınlardan ibarət komandalarda digər təyinatlar olub.
Elxan Məmmədov 1982-ci ildə Bakıda anadan olub. O, müstəqil Azərbaycanın cüdo üzrə ilk və hələ ki yeganə Dünya Çempionudur. Həmçinin, Məmmədov Azərbaycanı 2008-ci və 2012–ci illərdə Yay Olimpiya oyunlarında təmsil etmişdir.