Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün sonuncu görüşünü keçirəcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
35 yaşlı qrosmeyster 14-cü turda qara fiqurlarla macar rəqibi Rixard Rapportla üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
12 turdan sonra 6,5 xalı olan Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə 5-6-cı yerləri bölüşür.