Beynəlxalq Boks Federasiyasının prezidenti Azərbaycan Boks Federasiyasının Boks Mərkəzinə səfər edib. Bu haqda 23 dekabr tarixində Report məlumat verib.
Boks Mərkəzində qonaq olan IBF prezidenti Umar Kremlyov boksçulara inventarlar hədiyyə edib. Kremlyov Mərkəzdə yaradılmış şəraitdən və bu idman növünün Azərbaycanda inkişafından razı qalıb.
“Bura gəlmişəm ki, qlobal beynəlxalq tədbirlər təşkil edək, habelə, milli federasiya ilə idmançılar arasındakı çətinlikləri aradan qaldıraq. Məqsədimiz bütün idmançılara şərait yaratmaqdır", - IBF prezidenti deyib.