“Keşlə” FK yeni ad altında fəaliyyət göstərəcək. Bu haqda bu gün, 10 noyabr tarixində AFFA məlumat yayıb.
Qeyd olunan futbol klubu “Şamaxı” adına dəyişdiriləcək, ev oyunları isə Şamaxı şəhər stadionunda keçiriləcək.
Bununlar bağlı AFFA və "Keşlə" futbol klubu UEFA-ya müraciət edəcəklər. Müsbət cavab aldıqdan sonra layihənin icrasına başlanılacaq.
Bütün prosesin 2022-ci ilin sonuna qədər bitməsi planlaşdırılır.
2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu 1 noyabr 2021-ci ildə istismara verilib. Stadion UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib.