25 sentyabr tarixində Bakıda keçirilən "Keşlə" - "Qarabağ" oyununda şəhidlərin xatirəsi anılıb. Bu barədə Qarabağ FK rəsmi Facebook səhifəsində məlumat verilib.
Azərbaycan Premyer Liqasında V turun "Keşlə" - "Qarabağ" oyununda "Qarabağ" komandası meydançaya hərbi qeyimdə və əllərində "Qəhrəmanları olan Vətənin bayrağı enməz" şüarı yazılmış pankartla çıxıb.
Oyundan əvvəl Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.