İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva ailə həyatı qurub.
İdman.biz xəbər verir ki, o, Cənubi Afrika Respublikasından olan idmançı ilə evlənir. Dördqat dünya çempionu artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub. Lakin cütlüyün toy mərasimi hələlik keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.
Paralimpiya ulduzu zənglərə cavab verməsə də, atası Rövşən Vəliyev məsələyə münasibət bildirib. O, İdman.biz-ə məlumatı təsdiqləyib və qızının cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib.
Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva Paris-2024-də də eyni uğuru təkrarlayıb.