Azərbaycan millisinin kapitanı “Neftçi”də tarixə imza atıb. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
31 yaşlı yarımmüdafiəçi Emin Mahmudov klubda 50-ci qolunu vurub. Onlardan 38-i Premyer Liqada, 4-ü ölkə kubokunda, 8-i isə avrokuboklarda olub.
Yarımmüdafiəçi “Neftçi”nin tarixində 50 və daha çox qol vuran 17-ci futbolçu olub.