“Neftçi” PFK-nın legioneri San Martin millisinə dəvət edilib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir.
26 yaşlı Kilan Lebon yarımmüdafiədə oynayır. O, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunları üçün çağırılıb.
Yarımmüdafiəçi yığmasının heyətində 2 oyunda meydana çıxıb.