“Neftçi” PFK-nın kapitanı klublardakı maaşlar haqqında danışıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
30 yaşlı yarımmüdafiəçi Emin Mahmudov bildirir ki, Azərbaycanda ən böyük maaşlar “Qarabağ”, “Neftçi” və “Sabah” klublarındadır. Orada məvaciblər Rusiya Premyer Liqasının 2-ci səkkizliyindəki kimidir.
Kapitanın sözlərinə görə, “Neftçi”də aldığı maaş əvvəlki klublardakı məvacibdən aşağıdır. O, Rusiyanın “Saturn” futbol klubunda belə daha çox qazanırdı.
“Buraya əvəzedicilərdən gələndə 3000 dollar qazanırdım. Ancaq sonra maaşı qaldırdılar”, - deyə o əlavə edib.
Emin Mahmudov 2017-ci ildən “Neftçi” PFK-da çıxış edir.