“Neftçi” PFK Türkiyədə təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir.
“Ağ-qaralar” 4 yoxlama oyunu keçirməyi planlaşdırırlar.
Toplanış iyulun 26-dək Ərzurum bölgəsində davam edəcək. Toplanışın ilk mərhələsi Bakıda keçirilib.