“Neftçi” PFK Türkiyə təmsilçisi ilə üz-üzə gələcək. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək. Bakı təmsilçisi Türkiyənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Bundan əlavə, “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırırlar.