Teymur Rəcəbov qələbə qazanıb. Bu haqda 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Teymur Rəcəbov Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşünü keçirib. Ağ fiqurlarla oynayan 35 yaşlı Rəcəbov fransalı Maksim Vaşye-Laqravla ilk qarşılaşmada heç-heçəyə razılaşıb. İkinci görüşdə isə şahmatçımız rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan qrossmeyster hazırda 8-cı sıradadır.
İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2.500.000 Norveç kronu (451.000 manat) təşkil edir.