Teymur Rəcəbovun növbəti görüşü baş tutacaq. Bu haqda 3 iyun tarixində Report məlumat verib.
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşünü keçirəcək.
Ağ fiqurlarla oynayan Rəcəbov turnirdə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.
İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2.500.000 Norveç kronu (451.000 manat) təşkil edir.