Paytaxt məktəblisi Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında qalib gəlib. Bu haqda BakuPlus.az bu gün, 3 mart tarixində xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev bütün rəqiblərinə qalib gələrək birincilik qazanıb.
X.Əliyev bu qələbəsinə görə qızıl medalla təltif olunub.
O, 2016-cı və 2018-ci illərdə Türkiyədə keçirilən açıq Avropa Kubokunda və 2019-cu ildə İranda keçirilən beynəlxalq turnirdə I, 2019-cu ildə Türkiyədə keçirilən dünya çempionatında isə III yeri tutub.