Bu gün, martın 3-də Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupu yarışının ilk günü start götürüb. Bu haqda Bakuplus.az məlumat verir.
Bu gün 12-18 yaş kateqoriyası üzrə idmançılar arasında təsnifat yarışları keçiriləcək. Balans məşqləri kişi və qadın cütləri, eləcə də kişi qrupu, temp məşqləri isə qarışıq cütlər, qadın və kişi qrupları tərəfindən təqdim olunacaq.
Akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupu yarışı martın 6-dək davam edəcək. Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
12-18 yaş kateqoriyasında Azərbaycanı Rəsul Seyidli və Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova və Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu, 13-19 yaş kateqoriyasında isə Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.