Paytaxtda U-23 qadınlar və kişilər arasında cüdo idman növü üzrə Bakı şəhər çempionatı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 10 iyun tarixində xəbər verir.
Açılış mərasimi 10 iyun 15:00-da baş tutacaq yarış 2 gün davam edəcək.
Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq.
Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Yarışda paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 339 kişi və 30 qadın olmaqla ümumiyyətlə 369 idmançı medallar uğrunda mübarizə aparacaqlar.