Bakı Konqres Mərkəzinin qarşısında veloyürüş keçirilib. Bu haqda BakuPlus.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 27 iyun tarixində xəbər verir.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş "İdman hamı üçün" layihəsi çərçivəsində baş tutub.
Yürüşdə 100-dək idmançı və həvəskar velosipedçilər iştirak ediblər. İştirakçılar mərkəzin qarşısındakı parkın ətrafında dairəvi hərəkət ediblər.
Velosipedçilər parkda nümunəvi hərəkətlər nümayiş etdiriblər.
Kütləvi idman tədbiri əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzini təbliğ etmək məqsədilə təşkil olunub.
[URIS id=50022]