Bakıda “Red Bull”un növbəti tədbiri keçiriləcək. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Pirallahı rayonunun “Nərəkənd” parkında “Red Bull Yağlı Dirək” tədbiri keçiriləcək. İştirakçılar xüsusi yağla örtülmüş 10 metrlik dirəyin sonuna qədər çataraq oradakı bayrağı götürməlidirlər.
Tədbir 21 iyul tarixində baş tutacaq. İştirak üçün qeydiyyat davam edir.