19 avqustda "Qarabağ" və Şotlandiyanın "Aberdin" klubları arasında keçiriləcək ilk oyun üçün indiyədək 5500 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün satışa 15000 bilet çıxarılıb. Qiymətlər sektorlar üzrə 3-30 manat arası dəyişir.
"Qarabağ" - "Aberdin" oyunu 19 avqust saat 20:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.