“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi ev oyununa bilet satışı davam edir. Bu barədə Qafqazinfo 15 iyul tarixində xəbər verib.
“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matça indiyə kimi 12 min bilet satılıb.
İyulun 19-u saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti 5, 20, 30 və 75 manat təşkil edir.
Satış məntəqələri:
- İticket.az saytı;
- Park Bulvardakı “Qarabağ” FK-nın fan-şopu (11:00-dan 20:00-dək).