“Qarabağ” UEFA Çempionlar Liqasına düşmək uğrunda mübarizəyə başlayır. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Atlılar” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi olan “Linkoln” komandası ilə qarşılaşacaqlar.
Matç 19 iyul saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Biletlər artıq satışdadır. Qiymətlər 5-75 AZN arasında dəyişir.