Qarabağ - Marsel oyununda biletli tamaşaçılar oyunun birinci yarısında stadiondan kənarda qalıblar. Bu haqda Report xəbər verib.
Ötən gün UEFA Konfrans Liqasının cavab oyununda əlində bilet olan azarkeşlər stadiona buraxılmayıb. Çöldə qalanlar arasında jurnalistlər və klub əməkdaşları da olub. Onlara içəridə bütün yerlərin dolduğunu bildiriblər.
15.500 bilet satışa çıxarılsa da, qarşılaşma dolu tribunalar önündə oynanılıb. Fanatlar biletsiz tərəfdarların içəri buraxıldığını söyləyiblər. Ancaq fasilədən sonra azarkeşlər istəklərinə çata biliblər.
Qarabağ - Marsel oyunu 0:3 hesabı ilə yekunlaşıb.