Bakıda “Marsel”i 180 azarkeş dəstəkləyəcək. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
UEFA Konfrans liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Marsel” oyununda tribunalarda 180 fransalı azarkeş olacaq. Liqa 1 təmsilçisi məlumatı təsdiqləyib.
Matç 24 fevral tarixində Tofiq Bəhramov stadionunda saat 21:45-də başlayacaq.