Yenilənib:
Futbolçu Şirxan Hüseynzadənin vəziyyəti nisbətən stabilləşib. Bu haqda “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.
“Şirxan bizim ən sağlam futbolçularımızdan hesab olunurdu. İl ərzində iki dəfə klubumuz və AFFA tərəfindən bir neçə dəfə müayinədən keçirilmişdir. Hazırda klubumuzun direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və komandamızın baş məşqçisi Qurban Qurbanov, eləcə də həkimlər korpusumuz onun yerləşdirildiyi xəstəxanadadırlar. Klub olaraq əlimizdən gələni edəcəyik. Hazırda həkimlər də bütün lazımi müdaxilələri edirlər”, - deyə o əlavə edib.
15:52 - “Qarabağ”ın futbolçusunun məşqdə ürəyi dayanıb
“Qarabağ” FK-nın futbolçusunun məşqdə ürəyi dayanıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
20 yaşlı Şirxan Həsənzadənin məşq zamanı qəfil ürəyi dayanıb. O, Təcili Tibbi Yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib. Hazırda onu ayıltmaq mümkün olmayıb. Futbolçunun həyati təhlükəsi olduğu bildirilir.
Ş.Həsənzadə Azərbaycan U-21 millisinin üzvüdür.