“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda brifinq keçirəcək. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Türkiyənin “Qalatasaray” klubu ilə keçiriləcək xeyriyyə oyunundan öncə Qurban Qurbanovun media konfransı və açıq məşqi baş tutacaq.
Brifinq 25 mart saat 16:45-də Bakı Olimpiya Stadionunda başlayacaq. 17:00-da isə həmin stadionda 15 dəqiqəlik açıq məşq keçiriləcək.
Matç 26 mart tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.