“Səbail” FK yubiley göstəriciyə çatıb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Dənizçilər” Azərbaycan Premyer Liqasının XXXII turunda 200-cü matçını keçiriblər.
“Səbail” yubiley oyununda “Sabah”a 0:2 hesabı ilə məğlub olub. Klubun hesabında 50 qələbə, 44 heç-heçə və 106 məğlubiyyət var.
“Səbail” Premyer Liqada 2017/2018 mövsümündə debüt edib.