"Səbail" klubu yeni baş məşqçisinin kimliyini açıqlayıb.
Paytaxtın futbol təmsilçisinin yeni baş məşqçisi bəlli olub. Bu haqda BakuPlus.az bu gün, 26 may tarixində xəbər verir.
"Dənizçilər" 49 yaşlı mütəxəssis Mahmud Qurbanova tapşırılıb. O, mayın 23-də istefaya göndərilmiş Aftandil Hacıyevi əvəzləyib.
Mahmud Qurbanov son olaraq "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edib.