Bakının “Keşlə” futbol komandasının kapitanı zədə alıb. Bu haqda 4 dekabr tarixində Report xəbər verib.
“Səbail” futbol komandasına qarşı oyunun 14-cü dəqiqəsində 31 yaşlı müdafiəçi İlkin Qırtımov zədələnərək meydanı tərk edib.
Premyer Liqanın XIII tur matçında kapitanı digər cinah oyunçusu Tural Axundov əvəzləyib.
Hazırda oyunda ikinci hissə oynanılır, hesab 2-1 “Keşlə” futbol komandasının xeyrinədir.