Sabah paytaxtda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçiriləcək. Bu haqda Bakuplus.az 7 mart tarixində Velosiped Federasiyasına istinadən məlumat verir.
Yürüş martın 8-də saat 11:00-da “Azneft” dairəsindən start götürəcək. Marafona yalnız qadınlar qatıla biləcəklər.
Tədbir Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.