“Beşiktaş” klubunun Bakıya gələcəyi tarix bəlli olub. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az klublara istinadən xəbər verir.
Türkiyənin “Beşiktaş” futbol klubu Bakının “Sabah” klubu ilə yoldaşlıq görüşü keçirəcək. Oyunda toplanan vəsait Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə bağışlanacaq.
Qarşılaşma 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına stadionda baş tutacaq. Biletlər artıq satışdadır. Qiymətlər 5-300 AZN arası dəyişir.