İrlandiya millisinin iki futbolçusu Adam İda və Ceyson Nayt sabah Bakıda keçiriləcək oyunu buraxa bilərlər. Bu barədə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni otbsports.com saytına açıqlama verib.
Futbolçuların hərarətinin artması səbəbindən onların sabahkı oyunda iştirakı hazırda sual altındadır. Kenninin sözlərinə görə, hər iki oyunçunun koronavirus testi mənfi çıxıb. Hər ikisində yüksək hərarət var və onlar öz otaqlarında təcrid olunub.
2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya millisi Azərbaycan millisi ilə qarşılaşacaq.
Azərbaycan - İrlandiya matçı sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.