Suraxanıda 28 dekabr tarixində dama üzrə şəxsi birincilik keçirilib. Bu haqda Suraxanı Rayon Gənclər və İdman İdarəsi məlumat verib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə təşkil olunmuş turnir Suraxanı rayon tam orta məktəblərinin fiziki tərbiyə müəllimləri arasında baş tutub.
Nəticələrə əsasən:
I yerə 232 nömrəli tam orta məktəbin müəllimi Hüseyn Abdullayev
II yerə 316 nömrəli tam orta məktəbin müəllimi Fikrət Fətullayev
III yerə Atlet Taekvondo İdman Klubunun direktoru Araz Qurbanov
III yerə 208 nömrəli tam orta məktəbin müəllimi Elvin Sudeyifzadə layiq görülmüşdürlər.
[URIS id=22203]