Bakıda noyabrın 16-da Azərbaycan millisi İsveç yığması ilə qarşılaşacaq. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az xəbər verir.
Millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində skandinaviyalılarla 2-ci dəfə qarşılaşacaq. F qrupunda olan Azərbaycan yığması hazırda 4 xalla 4-cü pillədədir.
Matç saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletlər artıq satışdadır. Qiymətlər 5-200 AZN arasında dəyişir.