“Neftçi” Peşəkar Futbol Klubuna yeni rəhbər təyin olunub. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Türkiyəli funksioner Cenk Sümer “Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat alıb.
“Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutmuşdu. Cenk Sümer “Neftçi”də, əsasən, strateji idarəetmə ilə məşğul olacaq.
Türkiyəli mütəxəssis Doğu Akdəniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarə edilməsi və inkişafı üzrə magistr təhsili alıb.